Xameneyi Livan üzrə yeni nümayəndəsini təyin edib

İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneyi Livan “Hizbullah”ının lideri Naim Kasemini bu ölkə üzrə nümayəndəsi təyin edib.
“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, Naim Kasemdən əvvəl Xameneyinin Livan üzrə nümayəndəsi Həsən Nəsrullah olub.
O, 2024-cü il sentyabrın 28-də İsrailin Beyruta endirdiyi raket zərbələri nəticəsində ölüb. Onu bu vəzifədə əmisi oğlu Seyid Haşim Səfiuddin əvəzləmişdi. Ancaq o da hücum nəticəsində ölüb. O, hərəkatın İcraiyyə Şurasının rəhbəri, təhlükəli beynəlxalq terrorçu sayılır, “Hizbullah”ın “ikinci nömrəsi” hesab olunurdu.
“Cebheinfo.az”