Bu şəxslərin Məkkəyə girişi qadağan edildi

Səudiyyə Ərəbistanı builki Həcc dövründə qaydalara əməl etməyənlərə qarşı ağır sanksiyaların tətbiq ediləcəyini, icazəsiz Həcc ziyarətinə gələnlərin isə təxminən 5 min dollar cərimə və 10 il ölkəyə girişinə qadağa qoyulacağını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu gün başlayacaq və 44 gün davam edəcək yeni qaydaya əsasən, həcc icazəsi olmadan Məkkəyə və müqəddəs yerlərə daxil olmağa cəhd edənlər 20 min riala (təxminən 5300 dollar) qədər cərimələnəcəklər.
Həcc ziyarətinə getmək istəyənlərə ziyarət vizası ilə kömək edənlər 100 000 riala (təxminən 26 000 dollar) qədər cərimə olunacaqlar.
Bundan əlavə, icazəsiz həcc ziyarətinə cəhd edən əcnəbi ziyarətçilər deportasiya ediləcək və 10 il müddətinə ölkəyə girişi qadağan ediləcək.
Ziyarət vizası sahiblərini daşıyan avtomobillərə də məhkəmə qərarı ilə həbs qoyula bilər.Ötən il ümumilikdə 1 milyon 833 min 164 nəfər Həcc ziyarətində olub, onlardan 221 min 854 nəfəri Səudiyyə Ərəbistanından olub.
Nigar Hacılı
"Cebheinfo.az"