Bu gün Azərbaycan kubokunda finalçılar bilinəcək

Bu gün Azərbaycan kubokunda finalçılar bilinəcək

Bu gün futbol üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşəcək.

"Cebheinfo.az" xəbər verir ki, bu, yarımfinalın cavab matçlarından sonra bəlli olacaq.

Səfər oyununda "Araz-Naxçvan"a uduzan (0:1) "Qarabağ" rəqibi ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

Digər oyunda isə "Neftçi" "Sabah"ın qonağı olacaq. "Neftçi"nin meydanında keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gələn "Sabah"ın bir qədər üstünlüyü var.

23 aprel (çərşənbə)

17:00.“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev
VAR: Kamal Umudlu
AVAR: Rauf Cabar
Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun - 0:1

20:00. “Sabah” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Tural Qurbanov
“Bank Respublika Arena”

İlk oyun - 2:1

"Cebheinfo.az"