Alzheimer xəstəliyi haqda nəyi bilməliyik?

Alzheimer xəstəliyi haqda nəyi bilməliyik?

Ara-sıra yatmaq günü keçməyimizə kömək etsə də, gündüz həddindən artıq yuxululuq Alzheimer xəstəliyi riskinin artmasının əlaməti ola bilər.

Cebhe.info xəbər verir ki, bu, San Fransisko Universitetinin alimlərinin apardığı araşdırma nəticəsində məlum olub.

Alimlər bir neçə il ərzində orta yaşı 81 olan 1000-dən çox insan üzərində araşdırma aparıb. İştirakçılara hər il 14 günə qədər fəaliyyətə nəzarət etmək üçün saata bənzər cihaz quraşdırılıb.

Səhər saat 09:00-dan axşam 19:00-dək hərəkətsizlik gündüz yuxululuğu kimi qiymətləndirilib.

Gündüz yuxusunun ayıqlıq və zehni tapşırıqlar üzərindəki faydaları məlum olsa da, bunun yaşlı insanlarda fərqli nəticələrlə əlaqəli ola biləcəyi aşkar edilib.

Tədqiqatın ilk dövründə iştirakçıların 76 %-də koqnitiv pozğunluq müşahidə edilmədiyi halda, 20 %-də yüngül koqnitiv pozğunluqlar və 4 %-də Alzheimer xəstəliyinin əlamətləri müşahidə edilib.

Naibə
Cebhe.info