Elm dünyası şokda: Yeni insan növü kəşf edildi

Çinli arxeoloqlar 200 min il yaşı olan yeni insan növünü kəşf etdiklərini açıqlayıblar.
“Cebheinfo.az” xəbər verir ki, arxeoloqlar böyük beyinlərə və başlara sahib olan qalıqların daha əvvəl görünməyən bir insan növünə aid olduğunu iddia ediblər.
Tədqiqatçılar fosillərin nəsli kəsilmiş Homo juluensis qrupuna aid olduğunu bildiriblər.
Bu növün bu planetdə dolaşan ilk insanlardan biri olduğu, həmçinin, Neandertallar və Homo sapiens ilə eyni vaxtda yaşadığı düşünülür.
Çinin şimalındakı arxeoloqlar deyirlər ki, Homo juluensis unikal böyük başlarına görə müasir insan irqindən fərqlənib. Bu növ Çincə "böyük baş" mənasını verən Ju-Lu ifadəsindən sonra adlandırılmışdır.
Homo juluensis böyük kəlləsi ilə bərabər böyük beyinə və dişlərə sahib olduğu düşünülür. Bu növün təxminən 120 min il əvvəl nəslinin kəsildiyi təxmin edilir.
Əfsanə Rəcəb
“Cebheinfo.az”