İspaniyada Avropanın ən qədim ayaqqabıları tapılıb

19-cu əsrdə İspaniyanın cənubundakı bir mağarada tapılan tarixi ayaqqabıların tədqiqi nəticəsində otdan hazırlanmış bu sandalların təxminən 6 min il yaşı olduğu üzə çıxıb.
Cebhe.info xəbər verir ki, bu tapıntı onların “Avropanın ən qədim ayaqqabısı” olduğunu göstərir.
Ayaqqabılar əslində 19-cu əsrdə Endülüs bölgəsindəki Cueva de los Murcielagos mağarasından istifadə edən mədənçilər tərəfindən tapılıb.
Həmin dövrdə tapılan 76 qalıq texnologiyalarla yenidən tədqiq edilib və məlum olub ki, bu obyektlər əvvəlki hesablamalardan təxminən 2 min il daha qədimdir.
Mağarada aşağı rütubət və soyuq küləklərin ayaqqabıların xarab olmasına mane olduğu təxmin edilir. Təhlil edilən digər tapıntılar arasında zənbillər və bəzi alətlər də var. Tədqiqat aparan qrupdan biri olan Maria Herrero Otal, tapntıların Avropanın cənubunda indiyə qədər tapılmış "bitki lifindən hazırlanmış ən yaxşı qorunmuş materiallar" olduğunu söyləyib.
Maria Herrero Otal əlavə edib ki, bu tapıntılar tarixdən əvvəlki icmaların qabiliyyətlərini göstərir. Tədqiq olunan bəzi tapıntıların 9 min il yaşı olduğu bildirilib.
Tədqiqatçılar təxminən 6 min il yaşı olduğu ortaya çıxan ayaqqabıların hazırlanmasında müxtəlif növ otlardan istifadə edildiyini, dəri və əhəng də rast gəldiklərini bildiriblər. Ayaqqabıların hazırlandığı dövr Neolit dövrünə uyğun gəlir.
Nigar
Cebhe.info