Soyuqlamaq istəmirsinizsə, bunu yeməyin - HƏKİM

Soyuqlamaq istəmirsinizsə, bunu yeməyin - HƏKİM

Şirniyyat yeməklə payız soyuqdəyməsi arasında əlaqə var.

Cebhe.info xəbər verir ki, həkim-endokrinoloq Zuxra Pavlovanın sözlərinə görə, artıq şəkərlə insan orqanizmindəki immun hüceyrələri daha pis işləyir və o, soyuqdəyməyə qarşı daha həssas olur. Bu baxımdan həkim viruslardan qorunmaq üçün sadəcə olaraq daha az şirniyyat yeməyi məsləhət görür.

Pavlova həmçinin artıq soyuqdəymə əlamətləri olan şəxslə əl sıxmaqdan çəkinməyi, otaqları və avtomobilləri daha tez-tez havalandırmağı, antiseptiklər əvəzinə sabun və sudan istifadə etməyi tövsiyə edir.

Bundan əlavə, həkim ən azı səkkiz saat yatmağın vacibliyini qeyd edib. O, özünün "Telegram" kanalında rusları soyuq mövsümdə burunlarını duzlu məhlulla yaxalamağa çağırıb: "Beləliklə, mikrobların dayanmağa vaxtı olmayacaq".

Xəzər

Cebhe.info