Brilliant Dadaşova konsert verəcək: Bilet neçəyədir?

Azərbaycanın Xalq artisti Brilliant Dadaşova konsert verəcək.
"Cebheinfo.az" xəbər verir ki, sənətçi 8 martda pərəstişkarları qarşısında çıxış edəcək.
Bakı Konqres Mərkəzində keçiriləcək konsert saat 20:00-da başlayacaq.
Bilet qiymətləri isə 50 manatdan 500 manata qədərdir.
Brilliant Dadaşova bu konsertdə ən sevilən hitlərini ifa edəcək. Bu səbəbdən də konsert proqramı "Best of Brilliant" adlanır.
Aslan
"Cebheinfo.az"