Əməkdar artist Tünzalə Əliyeva dəfn olundu - FOTO + CANLI

Mərhum Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimi başa çatıb.
Onun cənazəsi “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
***
Mərhum Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimi keçirilir.
Mərasimdə mərhumun yaxınları, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Saytımıza açıqlama verən Əməkdar artist Dilarə Əliyeva bildirib ki, Tünzalənin sağalacağına inanırdı:
“Çox inanırdım ki, o, geri qayıdacaq. O qədər həyat eşqi var idi ki... Azərbaycan televiziyası, kinosu, teatrı Tünzalənin timsalında çox böyük aktrisanı itirdi”.
D.Əliyeva sonuncu dəfə ötən həftə danışdığını qeyd edib:
“Sonuncu dəfə ötən həftə danışdıq. Yaşamaq istəyirdi. Bütün tamaşaçılar dünən bu sənətkar üçün göz yaşı tökdülər. Qısa, mənalı və dolğun ömür yaşadı”. (Oxu.az)
Cebhe.info