Hakan Fidan İsrail və Türkiyə rəsmilərinin Bakı görüşünə münasibət bildirib

Hakan Fidan İsrail və Türkiyə rəsmilərinin Bakı görüşünə münasibət bildirib

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrail və Türkiyənin Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirməsinə münasibət bildirib.

"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyə diplomatiyasının rəhbəri “24TV” kanalının efirində deyib.

Bakıda gərginliyin azaldılması mexanizmi ilə bağlı danışıqlara gəlincə, Fidan deyib:

“Azərbaycanda İsrail ilə Fələstin arasındakı qarşıdurmanın dayandırılması istiqamətində mexanizmin qurulması diplomatik üsullardan biridir. Biz sözlə əldə edilə biləcək məsafəni qət etməli və başqa cəhdlərə çox tez yer verməməliyik. Hansısa əsaslı problem bir-iki görüşlə həll olunmur. Mexanizmlərin qurulması insanların qarşılıqlı niyyətləri və ya atacağı addımların müəyyənləşdirilməsi baxımından əhəmiyyətli ola bilər. Hazırda bu məsələnin həlli ilə bağlı diplomatik fəaliyyətimiz davam edir. Bir çox ölkə ilə müzakirələr aparırıq”.

Türkiyənin XİN rəhbəri əlavə edib ki, Suriyanın qeyri-sabitlik vəziyyətinə dönməsi böyük bəlalara səbəb olacaq və Türkiyə buna biganə qala bilməyəcək.

"Cebheinfo.az"