Qarabağ və Zəngəzurda yaz günü qış havası - FOTOLAR

Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir. Paytaxt Bakıda və ragionlarda intensiv yağış yağır.
"Cebheinfo.az" xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzurda yaz fəsli olmasına baxmayaraq ötən axşamdan etibarən qar yağmağa başlayıb.
Yağıntı əsasən rayonun Minkənd kəndi ərazisində müşahidə edilib. Bu gün Laçın şəhərinin sakinləri də səhəri qarlı hava ilə açıb. Qısa müddətdə intensivləşən yağıntı ətrafı ağ örpəyə bürüyüb.
Şuşa şəhərində də qısamüddətli qar müşahidə edilib.
Milli Hidrometeorologiya Xidmətin məlumatına görə, bu gün Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Sözügedən kadrları təqdim edirik:
"Cebheinfo.az"