ABŞ-dən miqrantlarla bağlı yeni qərar

ABŞ-dən miqrantlarla bağlı yeni qərar

ABŞ-nin federal məhkəməsi Prezident Donald Tramp administrasiyasının Kuba, Haiti, Nikaraqua və Venesueladan olan 500 mindən çox miqrantın hüquqi statusunu ləğv etmək qərarını müvəqqəti olaraq dayandırıb.

"Cebheinfo.az" xəbər verir ki, Massaçusets dairəsinin hakimi İndira Talvani Kuba, Haiti, Nikaraqua və Venesueladan xüsusi viza proqramları ilə gələn mühacirləri əhatə edən qərarın zəif və qüsurlu hüquqi əsasa malik olduğunu bildirib.

Hakim Talvani 500 000-dən çox mühacirin deportasiyasını müvəqqəti olaraq dayandıraraq, icazələrinin aprelin 24-də başa çatmasını nəzərdə tutan qərarı dayandırıb.Hökumətin şərhinin hüquqi baxımdan səhv olduğunu bildirən Təlvani, səlahiyyətlilərin bu şəxslərə verilən müvəqqəti statusun qısaldılması üçün məntiqli və əsaslı bir qərar verməsi lazım olduğunu vurğulayıb.Talvani, ABŞ-yə vəd edilən şərtlərə etibar edərək gələn bu insanların indi ölkədən qaçmaq və ya hər şeyini itirmək riski ilə üzləşəcəklərinə diqqət çəkib.

Nigar Hacılı 
"Cebheinfo.az"