ABŞ-nin 12 ştatı Trampı məhkəməyə verdi

ABŞ-nin 12 ştatı Trampı məhkəməyə verdi

ABŞ-nin 12 ştatı Donald Tramp Administrasiyasının tətbiq etdiyi yüksək tarifləri dayandırmaq üçün məhkəməyə müraciət edib.

Bu barədə "Cebheinfo.az” “CNN”-nə istinadən xəbər verir.

Məlumata görə, Arizona, Kolorado, Konnektikut, Delaver, İllinoys, Men, Minnesota, Nevada, Nyu Meksiko, Nyu-York, Oreqon və Vermont ştatları yüksək tarifləri ləğv etmək üçün qanuni addımlar atıb.

ABŞ-nin Nyu-Yorkdakı Beynəlxalq Ticarət Məhkəməsində açılan iddiada ştatlar, Tramp administrasiyasının yüksək tarif siyasətlərinin qeyri-qanuni olduğunu və bu tətbiqlərin Amerika iqtisadiyyatına xaos gətirdiyini iddia edir.

Gömrük vergilərinin amerikalılara qeyri-qanuni tətbiq edildiyi iddia edilən petisiyada Tramp administrasiyasının “konstitusiya quruluşunu alt-üst etdiyi” iddia edilib və “gömrük rüsumu” praktikasına son qoyulması tələb edilib.

Nyu-York Baş prokuroru Letisiya Ceyms açıqlamasında, "Donald Tramp qiymətləri aşağı salmağa və yaşayış minimumunu aşağı salmağa söz verdi, lakin bu qeyri-qanuni tariflər Amerika ailələrinə əks təsir göstərəcək" deyib.

Letisiya Ceyms tariflərin qeyri-qanuni olduğunu və dayandırılmadığı təqdirdə daha çox inflyasiya, işsizlik və iqtisadi ziyana səbəb olacağını söyləyib.

Nigar Hacılı 
"Cebheinfo.az"