“Ya sülh, ya da...” - Trampdan Zelenskiyə

“Ukrayna Prezidenti Volodimir Zelenskinin verdiyi bəyanatlar münaqişənin nizamlanmasını çətinləşdirir”.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth Socal” hesabında ukraynalı həmkarının Krımı Rusiya ərazisi kimi tanımaqdan imtinasını şərh edərkən yazıb.
“Heç kim Zelenskidən Krımı Rusiya ərazisi kimi tanımasını tələb etmir. O, Krımı istəyirsə niyə on bir il əvvəl Rusiyaya atəş açılmadan təhvil veriləndə onun uğrunda mübarizə aparmadı? Krım illər əvvəl Prezident Barak Obamanın himayəsi altında itirilib və müzakirə mövzusu da deyil. Ərazidə həmçinin, Obama tərəfindən təhvil verilməzdən uzun illər əvvəl Rusiyanın əsas sualtı bazaları da olub.
Zelenski sülh əldə edə və ya ölkəni itirməzdən əvvəl daha üç il vuruşa bilər. Mən həftədə ortalama beş min rusiyalı və ukraynalı əsgəri ölümdən xilas etməkdən ötrü münaqişəni sonlandırmağa çalışıram. Lakin Zelenskinin bəyanatı döyüşün uzanmasından başqa heç nəyə gətirib çıxarmır. Biz sazişi bağlamağa çox yaxınıq, lakin oyun üçün heç bir kartı olmayan adam, nəhayət bunu etməlidir”, - deyə o vurğulayıb.
"Cebheinfo.az"