ABŞ və İran arasında danışıqların detalları açıqlandı

ABŞ və İran arasında danışıqların detalları açıqlandı

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkof “Fox News”-a müsahibəsində 2015-ci ildə Obama administrasiyası dövründə imzalanmış İran nüvə sazişinin əsas tərkibini Tehranla davam edən danışıqları üçün istiqamət kimi göstərib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın 2015-ci ildə imtina etdiyi nüvə sazişinə (Birgə Hərtərəfli Fəaliyyət Planı) əsasən, İrana uranı 3,67 faizdən artıq zənginləşdirmək qadağan edilir.

“İranın uranı 3,67 faizdən artıq zənginləşdirməsinə ehtiyac yoxdur. Müəyyən şəraitdə onlar 60 faiz, digər hallarda isə 20 faiz təşkil edir. Bu ola bilməz. Uranı onların iddia etdiyi kimi, 3,67 faizdən çox zənginləşdirdiyiniz mülki nüvə proqramını həyata keçirməyinizə ehtiyac yoxdur”, - deyə Uitkof bildirib.

ABŞ-nin xüsusi nümayəndəsi İranla danışıqların növbəti raundunun uranın zənginləşdirilməsi proqramının və sonda onun silah qabiliyyətinin yoxlanmasına yönələcəyini deyib.

“Bura raketlər, orada saxladıqları raket növləri daxildir. Bura bombalar üçün buraxılış qurğuları da aiddir. Biz bu vəziyyəti diplomatiya və dialoq yolu ilə həll edə biləcəyimizi görmək üçün buradayıq. İlk görüş pozitiv, konstruktiv və inandırıcı keçdi”, - Uitkof belə deyib.

İranın əldə edilmiş hər hansı razılaşmanın şərtlərinə əməl ediyinə BMT-nin deyil, Amerika müfəttişlərinin yoxlayıb-yoxlamayacağı barədə suala Uitkof birbaşa cavab verməkdən imtina edib.

Müşfiq Abdulla
“Cebheinfo.az”