Fələstinə dəstək verən 12 nəfər mühakimə olunacaq

Fələstinə dəstək verən 12 nəfər mühakimə olunacaq

Keçən il ABŞ-nin Kaliforniya ştatında Stenford Universitetində Fələstinə dəstək nümayişlərinə qatılan və kampusdakı binaya daxil olan 12 nəfər mühakimə olunacaq.

"Cebheinfo.az" xəbər verir ki, Santa Klara Prokurorluğu, universitetin indiki və ya keçmiş tələbələri olduğu müəyyən edilən 12 nəfərin "ağırlaşdırılmış vandalizm" və "ağırlaşdırılmış sərhəd pozuntusu" ilə ittiham ediləcəyini söylədi.

Prokurorların bildirdiyinə görə, etirazçılar binanın içərisinə qraffiti boyası vurub, pəncərələri və mebelləri sındırıb, təhlükəsizlik kameralarını sıradan çıxarıb və binanın müxtəlif yerlərinə qırmızı maye, guya saxta qan səpiblər.

İstintaq çərçivəsində təqsirləndirilən şəxslərin mobil telefonlarında aksiyanın planlaşdırıldığını bildirən mesajlar və “özün elə işğal bələdçisi” adlı sənədin tapıldığı vurğulanıb.

19-32 yaş arasında olan etirazçıların bu ay San Xose Məhkəməsində hakim qarşısına çıxacağı gözlənilir.

Nigar Hacılı 
"Cebheinfo.az"