“Hizbullah”ın komanda heyətinin 2500 üzvü öldürülüb - HESABAT

“Hizbullah”ın komanda heyətinin 2500 üzvü öldürülüb - HESABAT

İsrail ordusu Livanda həyata keçirdiyi “Şimal oxları” əməliyyatının nəticələrinə yekun vurub.

“Cebheinfo.az” bubarədə İsrailin “Today” portalına istinadən xəbər verir.

12500 “Hizbullah” hədəfi, o cümlədən 1600-dən çox komanda məntəqəsi və 1000-dən çox sursat anbarı vurulub. Beyrutda 360, Bkaa vadisində isə 1000-ə yaxın hədəf vurulub. Hərbi Hava Qüvvələri 11 000 döyüş uçuşu həyata keçirib. Baş katib Həsən Nəsrullah və təşkilat rəhbərliyinin daha 13 üzvü ləğv edilib.

“Hizbullah”ın yüksək və orta səviyyəli komanda heyətinin ən azı 2500 üzvü öldürülüb.

155 mindən çox texnika, raketlər, döyüş sursatları, rabitə vasitələri və s. məhv edilib.

Xəzər
“Cebheinfo.az”