Mirzoyan və Fidan nədən danışıblar?

Mirzoyan və Fidan nədən danışıblar?

“Ermənistan və Türkiyənin xarici işlər nazirləri Ararat Mirzoyan və Hakan Fidan Antalyada danışıqlar aparıblar”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.

Məlumata görə, tərəflər ikitərəfli gündəliyin cari məsələlərini müzakirə edib, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Bundan əvvəl Antalya Diplomatik Forumu çərçivəsində Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlar aparıb və Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə keçirilən panel müzakirəsində çıxış edib.

Xəzər
“Cebehinfo.az”