Nyu-Yorkda silahlı insident: 1 ölü, 1 yaralı

Nyu-Yorkda silahlı insident: 1 ölü, 1 yaralı

ABŞ-nin Nyu-York şəhərinin Bronks bölgəsindəki Mount Eden məhəlləsində 1491 Macombs Roadda silahlı hücum baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hücum zamanı 17 yaşlı gənc yaralanarkən, 1 nəfər də həyatını itirib.

Hələlik insidentin səbəbləri bəlli deyil. Polis cinayətkarların axtarışı üzrə əməliyyat tədbirləri aparır.

Nigar Hacılı 
"Cebheinfo.az"