Rusiya daha bir kəndi ələ keçirdi

Rusiya Silahlı Qüvvələrinin bölmələri Donetsk vilayətinin Stepanovka kəndini nəzarətə götürüb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Mərkəz qüvvələr qrupunun bölmələri düşmən müdafiəsinin dərinliklərinə doğru irəliləməyə davam edərək Donetsk vilayətinin Stepanovka kəndini azad edib”, - deyə vurğulanıb.
Qeyd edək ki, Rusiya ordusu Donetskdə Ukrayna Silahlı Qüvvələrinin müdafiəsinin dərinliklərinə doğru irəliləməyə davam edir.
Həsən Məmmədov
“Cebheinfo.az”