Güclü yağış Gəncədə fəsadlara səbəb olub - FOTOLAR

Gəncədə güclü yağış fəsadlar törədib.
APA-nın yerli bürosunun məlumatına görə, bu gün gecə saatlarından yağan güclü yağış nəticəsində şəhərin Məhsəti qəsəbəsində bir neçə küçədən sel keçib. Sel suları evlərə dolub.
Bundan başqa, yağış suları şəhərdə avtomobillərin və piyadaların hərəkətində çətinliklər yaradıb.
"Cebheinfo.az"