Millimiz seçmə mərhələdə son oyununa çıxır

Millimiz seçmə mərhələdə son oyununa çıxır

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu matçına çıxacaq.

"Cebheinfo.az" xəbər verir ki, B Liqasının V qrupunda yer alan komanda Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

Oyun Şimali Makedoniyanın Strumitsa şəhərindəki "Kukus" stadionunda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Qarşılaşmanı maltalı referi Yoanna Vassallo idarə edəcək.

Qeyd edək ki, U-19 daha əvvəl qrupda keçirdiyi oyunlarda Sloveniya (0:2) və Şimali Makedoniyaya (1:3) uduzub.

"Cebheinfo.az"