Azərbaycan millisi yoldaşlıq oyununda Rusiya ilə qarşılaşıb

Azərbaycan millisi yoldaşlıq oyununda Rusiya ilə qarşılaşıb

Qadın futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyununda Rusiya ilə qarşılaşıb.

"Cebheinfo.az"ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olub.

Matç Soçi şəhərindəki FİŞT Olimpiya Stadionunda təşkil olunub.

Qeyd edək ki, komandalar dekabrın 2-də yenidən üz-üzə gələcəklər.

"Cebheinfo.az"