Hava nəqliyyatı ilə sərnişin daşımaları 7 %-dək artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə 865,3 min və ya 6,6 % çox sərnişin daşınıb.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə, daşımaların 99,9 %-i dövlət, 0,1 %-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Qeyd olunur ki, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 4,5 % azalaraq 97,9 min ton səviyyəsində olub.
"Cebheinfo.az"