31 dekabr günorta ilə bağlı XƏBƏRDARLIQ

31 dekabr günorta ilə bağlı  XƏBƏRDARLIQ

Günəşdə 2024-cü ilin ən güclü partlayışlarından biri qeydə alınıb. 

“Cebheinfo.az” xəbər verir ki, bunu  fizika-riyaziyyat elmləri doktoru, Rusiya Elmlər Akademiyasının professoru, Rusiya Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının rəhbəri Sergey Boqaçov deyib.

Alimin sözlərinə görə, dekabrın 30-da səhər saatlarında Moskva vaxtı ilə saat 07:14 və 07:31-də ən yüksək X rentgen sinfinə aid iki alışma baş verib. 

"Partlayışlar Günəş diskinin qərb hissəsində, yenidən Yerə təsirin mümkün olduğu zonada qeydə alınıb", - o, proqnozlara görə, partlayışdan gələn kütləvi tullantıların Yerə çatacağına aydınlıq gətirib. Bu tarix 31 dekabr günorta baş verəcək. 

Bundan əvvəl X maqnitudalı Günəş partlayışları dekabrın 29-da qeydə alınıb. Radiasiyanın pik həddi saat 10:18-də qeydə alınıb.

Xəzər
“Cebheinfo.az”