David Bekham alt paltarı reklamı üçün soyundu

Dünyaca məşhur ingiltərəli futbolçu David Bekham (David Beckham) reklam üçün kamera qarşısına keçib.
“Cebheinfo.az” xəbər verir ki, 49 yaşlı David Bekham “Hugo Boss” alt paltar markasının reklamı üçün soyunub.
Yeni “Boss One Bodywear” kolleksiyasının çəkilişi üçün soyunan Bekhamın əzələli və fit bədəni diqqət çəkib.
Hər gün evdə idman etdiyini bildirən Bekham uzun müddətdir ki, özünü belə yaxşı hiss etmədiyini deyib.
Bu fotoları instaqram hesabında paylaşan Devid Bekhemin yarıçılpaq pozaları minlərlə bəyənmə yığıb.
Əfsanə
“Cebheinfo.az”