Sakinlər aktyorlardan şikayətçidir

Sakinlər aktyorlardan şikayətçidir

Britaniyalı aktyor Jason Statham və nişanlısı Rosie Huntington-Vhiteleynin Londonda helikopter sürməsi yerli sakinlərin narazılığına səbəb olub. 

“Cebheinfo.az” xəbər verir ki, 57 yaşlı aktyor və 38 yaşlı nişanlısı iki övladları ilə birlikdə Londonda yerləşən atçılıq məktəbinə bir neçə dəfə helikopterlə gedib. 

Lakin helikopterin qalxıb-enməsi zamanı yaranan güclü külək və yüksək səslə müşayiət olunan səs-küy ətrafda yaşayan sakinlərin narahatlığına yol açıb. Onlar bildiriblər ki, bu səs-küy həm özlərinə, həm də heyvanlarına mənfi təsir göstərir. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”