Ceyhun Bayramov: "Sülh müqaviləsinin 15 maddəsi razılaşdırılıb"

"Ermənistanla sülh müqaviləsi layihəsi 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb".
"Cebheinfo.az" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, 2 maddə ilə bağlı işlər isə davam edir.
Nazir qeyd edib ki, postmünaqişə dövründə Azərbaycan və Ermənistan sülh danışıqlarını və mətn üzrə mübadilələri davam etdiriblər.
"Bu il ən böyük tədbir - COP-29-a ev sahibliyi etmişik və burada çox mühüm qərarlar qəbul edilib", - nazir əlavə edib.
"Cebheinfo.az"