24 min manatlıq maşın istehsal edən Naxçıvan zavodu - VİDEO

24 min manatlıq maşın istehsal edən Naxçıvan zavodu - VİDEO

2023-2027-ci il Dövlət Proqramına əsasən, azad iqtisadi zona formalaşdırıldıqdan sonra Naxçıvanda avtomobil bazarı üçün böyük imkanlar yaranacaq.

"Cebhe.info" xəbər verir ki, bunu Naxçıvan Avtomobil Zavodunun direktoru Səxavət Hümbətov deyib.

O qeyd edib ki, qonşu dövlətlərdən müştərilər cəlb ediləcək, zavodda istehsal edilən avtomobillərin xarici ölkələrə rüsumsuz ixrac edilə biləcək.

Direktorun sözlərinə görə, zavodda Çin istehsalı avtomobillər yığılır. Naxçıvandakı zavodda 40-a yaxın işçi çalışır. Zavodun illik istehsal gücü birnövbəli iş rejimində 5000 ədəd avtomobildir.

Səxavət Hümbətov bildirib ki, hazırda zavodda istehsal edilən avtomobil 23900 manata satışa çıxarılır.

Daha ətraflı aşağıdakı süjetdə:

"Cebhe.info"