Kamran Əliyev Yevlaxda qəbul keçirdi - FOTOLAR

Kamran Əliyev Yevlaxda qəbul keçirdi - FOTOLAR

Baş prokuror Kamran Əliyev Yevlaxda vətəndaş qəbulu keçirib.

"Cebheinfo.az" xəbər verir ki, Yevlax Rayon Prokurorluğunun inzibati binasında keçirilən qəbulda bu rayonla yanaşı Ağdam, Goranboy, Naftalan, Tərtər rayon, Mingəçevir şəhər və digər bölgələrdən olan vətəndaşlar iştirak edib.

Qəbuldan əvvəl Baş prokuror Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Qəbulda iştirak edən 41 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

"Cebheinfo.az"