Almaniyaya getmək istəyənlərin DİQQƏTİNƏ

Almaniyaya getmək istəyənlərin DİQQƏTİNƏ

Almaniya sərhəd nəzarətini 2025-ci ilin martından sonra da uzatmağı planlaşıdırır. 

“Cebheinfo.az” “Anadolu» Agentliyinə istinadən xəbər verir ki, daxili işlər naziri Nensi Faeser qeyri-qanuni miqrasiya ilə mübarizə səylərinin 2025-ci ilin martından sonra da uzatmağı planlaşdırdığını açıqlayıb. N.Faeser “Augsburger Allgemeinen” qəzetinə bildirib ki, qeyri-qanuni miqrasiyanın məhdudlaşdırılması və qaçaqmalçılıq cinayətləri ilə mübarizə üçün kompleks tədbirlər davam edir. 

"AB-nin xarici sərhədlərinin qorunması əhəmiyyətli dərəcədə artırılana qədər bu nəzarətlərə ehtiyacımız var",- deyə N.Faeser bildirib. Qeyd edək ki, sentyabr ayında Almaniya nizamsız miqrasiya, transsərhəd cinayət və terror təhlükələrini əsas gətirərək, ölkənin şərq və və cənub ərazilərində sərhəd nəzarətini güclündərib. 

Yunis Abdullayev 
“Cebheinfo.az”