Aqasandyan Moskvadan Ermənistanı hədələdi

Aqasandyan Moskvadan Ermənistanı hədələdi

Avrasiya İqtisadi Birliyi Ermənistanın ittifaq müqaviləsini pozduğu təqdirdə, üzv dövlətlərin maraqlarını qorumaq üçün beynəlxalq hüquqi alətlərə malikdir.

“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Aqasandyan “RİA Novosti”-yə müsahibəsində belə deyib. 

“Əgər İrəvan AİB qanunvericiliyinə zidd addımlar atsa, ümid edirik ki, bu baş verməyəcək və başqa sözlə, həqiqətən AİB haqqında müqaviləni mahiyyətcə pozarsa, Bizim birliyə üzv olan digər dövlətlərin maraqlarını qorumaq üçün lazımi beynəlxalq hüquqi mexanizmlərimiz var”, - deyə Aqasandyan bildirib.

O qeyd edib ki, Ermənistan heç vaxt açıq şəkildə və ya ikitərəfli təmaslar zamanı müqavilədən çıxmaq niyyətini bəyan etməyib, əksinə, ittifaq çərçivəsində danışıqlarda fəal iştirak edir ki, bu da onun Avrasiyaya inteqrasiyanın inkişafında maraqlı olduğunu təsdiq edir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”