Çin ABŞ seçkilərinin nəticələrinə reaksiya verib

Çin ABŞ ilə birgə əməkdaşlığa ümid edir.
“Cebheinfo.az” “İTAR-TASS” agentliyinə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Ninq ABŞ-də keçirilmiş prezident seçkilərini şərh edərkən Pekinin ABŞ ilə qarşılıqlı maraqlara əsaslanan birgə əməkdaşlığın inkişafına ümid etdiyini bildirib.
"Çin ABŞ-la qarşılıqlı maraqlara və hörmətə əsaslanan birgə əməkdaşlığa ümid edir”.
Çin XİN rəhbəri qeyd edib ki, hazırkı prezident seçkiləri ABŞ-nin daxili məsələsidir və Çin Amerika xalqının istənilən seçiminə hörmətlə yanaşır.
Yunis Abdullayev
“Cebheinfo.az”