Ərdoğan Rəisinin dəfn mərasiminə qatılacaq

Ərdoğan Rəisinin dəfn mərasiminə qatılacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın mərhum dövlət başçısı İbrahim Rəisinin dəfn mərasiminə qatılacaq.

“Cebhe.info” xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü açıqlayıb.

O, Ərdoğanın bu gün Məşhədə gedəcəyini deyib. Ömər Çelik həmçinin, Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz və xarici işlər naziri Hakan Fidanın da vida mərasiminə qatıldığını da diqqətə çatdırıb.

Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imamı Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda baş verən helikopter qəzasında həlak olublar.

Elmir Mustafa
“Cebhe.info”