Macarıstan - İsveçrə görüşünün ən yaxşı futbolçusu müəyyənləşib

Macarıstan - İsveçrə görüşünün ən yaxşı futbolçusu müəyyənləşib

Almaniyada keçirilən Avropa çempionatının I turunda baş tutan Macarıstan - İsveçrə matçının ən yaxşı futbolçusu müəyyənləşib.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, isveçrəlilərin heyətində Qranit Caka qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

31 yaşlı yarımmüdafiəçi komandasının 3:1 hesabı ilə qələbə qazandığı qarşılaşmada 90 faiz dəqiq ötürmə ilə yadda qalıb.

"Cebhe.info"