İtaliya sahillərində 14 qeyri-qanuni miqrant həlak olub

İtaliya sahillərində 14 qeyri-qanuni miqrant həlak olub

Xilasedicilər İtaliyanın Krotone şəhəri yaxınlığında dənizdə batan 14 qeyri-qanuni miqrantın cəsədini aşkar ediblər.

"Cebhe.info" AP-yə istinadən xəbər verir ki, miqrantlar balıqçı gəmisində İtaliyanın cənub sahillərinə doğru hərəkət ediblər.

Qayıqda 34 nəfər olub, digər miqrantlar isə itkin düşüblər.

Xilasedicilər gəminin batması nəticəsində ölənlərin sayının artacağını istisna etmirlər.

Əhməd

"Cebhe.info"