HƏMAS rəsmisi Moskvaya gedəcək

HƏMAS rəsmisi Moskvaya gedəcək

Fələstinin radikal HƏMAS hərəkatının yüksəkvəzifəli nümayəndəsi Musa Əbu Marzuk Moskvaya səfər etməyi planlaşdırır.

"Cebhe.info" xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” agentliyi yayıb.

Bildirilir ki, Fələstinin HƏMAS hərəkatının Siyasi Büro rəhbərinin müavini Musa Əbu Marzuk iyunun 24-də Moskvaya gələcək.

Musa Əbu Marzukun Moskvaya səfər zamanı Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların sərbəst buraxılması məsələlərini müzakirə edəcəyi gözlənilir.

Əhməd

"Cebhe.info"