Kosmosa daha bir peyk göndərildi

Kosmosa daha bir peyk göndərildi

Çin və Fransanın əməkdaşlığı ilə kosmosa yeni astronomiya peyki göndərilib.

"Cebhe.info" xəbər verir ki, peyk kosmosa Çinin cənub-qərbindəki Sıçuan əyalətindəki Xichang peyk buraxılış mərkəzindən “Long March-2C” daşıyıcı raketi ilə göndərilib.

Çin Milli Kosmik İdarəsindən verilən məlumata görə, Çin və Fransanın birgə hazırladıqları astronomiya peyki dünyada qamma şüalarının partlamalarını müşahidə etmək sahəsində ən qabaqcıl peyk olaraq kosmik astronomiya üzrə elmi araşdırmalarda mühüm rol oynayacaq.

Ləman İsmayıl
"Cebhe.info"