Xoşqədəm Hidayətqızının atası 30 ildən sonra doğma kəndinə getdi - FOTO

Xoşqədəm Hidayətqızının atası 30 ildən sonra doğma kəndinə getdi - FOTO

 

Tanınmış jurnalist Xoşqədəm Hidayətqızının atası Hidayət Baxşəliyev 30 ildən sonra doğma kəndinə gedə bilib.

Bu barədə Xoşqədəm Hidayətqızı bildirib.

O, atasının illər öncə ayrı düşdüyü yurduna-Ağdərənin Narınclar kəndinə qovuşduğunu vurğulayıb:

“Xəstəlik onu incitsə də,ağrıtsa da, yurduna getməyə mane ola bilmədi, çox şükür”, - teleaparıcı deyib.

"Cebhe.info"