AVRO-2024: Belçika - Rumıniya oyununda ikinci qol vurulub - YENİLƏNİB - 4

AVRO-2024: Belçika - Rumıniya oyununda ikinci qol vurulub - YENİLƏNİB - 4

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Belçika - Rumıniya oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Belçika yığması fərqi artırıb - 2:0.

80-ci dəqiqədə Kevin De Bruyne fərqlənib.

***

23:47

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Belçika - Rumıniya oyununda ikinci hissə start götürüb.

"Report"un məlumatına görə, Belçika yığması hazırda hesabda öndədir - 1:0.

2-ci dəqiqədə Yuri Tilemans fərqlənib.

***

23:47

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Belçika - Rumıniya oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Belçika yığması fasiləyə öndə yollanıb - 1:0.

2-ci dəqiqədə Yuri Tilemans fərqlənib.

***

23:03

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Belçika - Rumıniya oyununda hesab açılıb.

"Report"un məlumatına görə, belçikalı yarımmüdafiəçi Yuri Tilemans 2-ci dəqiqədə fərqlənib.

***

23:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun sonuncu matçı başlayıb.

"Report"un məlumatına görə, E qrupundakı Belçika - Rumıniya oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Qarşılaşmanı polşalı Şimon Marçinyak idarə edir.

Qeyd edək ki, Rumıniya ilk görüşdə Ukraynanı üç cavabsız qolla üstələyib. Belçika isə Slovakiyaya minumal hesabla uduzub - 0:1.

AVRO-2024 iyulun 14-də başa çatacaq.

"Cebhe.info"