İsrail 260 gündür hücumlarını davam etdirir

İsrail 260 gündür hücumlarını davam etdirir

İsrail ordusunun Qəzza zolağına hücumları 260-cı gündür ki, davam edir.

"Cebhe.info" xəbər verir ki, Qəzzada hökumət ordunun yenidən bölgədəki mülki insanları hədəf aldığını açıqlayıb.

Açıqlamaya görə, İsrail ordusunun Şati Qaçqınlar Düşərgəsi və Tuffah bölgəsinə təşkil etdiyi hücumlarda aralarında uşaqların da olduğu ən azı 42 fələstinli həyatını itirib.

Qəzza zolağının 8 tarixi qaçqın düşərgəsindən biri olan Şatidə İsrailin evlərə hücumu nəticəsində 24 nəfər həyatını itirib. Tuffah məhəlləsində evlərə edilən hücumda 18 fələstinli həlak olub.

Bölgədə axtarış-xilasetmə işləri davam edir. 

Şahidlər hücumun zəlzələ effekti verdiyini və altıdan çox raketin düşdüyünü bildiriblər.

Ləman İsmayıl
"Cebhe.info"