Çinlə Tayvan arasında növbəti gərginlik

Çinlə Tayvan arasında növbəti gərginlik

Çin Tayvanın müstəqilliyini müdafiə edən rəsmiləri ölüm cəzası ilə hədələyib.

"Cebhe.info" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, Pekin rəhbərliyinin cümə günü paylaşdığı direktivdə Tayvanda müstəqillik tərəfdarı olan radikalların ciddi şəkildə cəzalandırılması tələb edilib.

Bəyannamədə müstəqillik fəaliyyətinə öncülük edən liderlərin dövlətə və xalqa ziyan vurduğu iddia edilib və bu şəxslərə ən ağır cəzanın verilməsi istənilib.

Çinin İctimai Təhlükəsizlik Nazirliyindən Sun Ping Pekində keçirdiyi mətbuat konfransında separatçı fəaliyyətə görə ən yüksək cəzanın ölüm hökmü olduğunu bildirib.

Dünya təşkilatlarına görə, Çin məhkəmələrinin adada yurisdiksiyası olmadığı halda bu təhlükə elan edilib.

Pekin ötən ay vəzifəsinin icrasına başlayan Tayvan Prezidenti Lai Çinqtenin separatçı olduğunu və Çin rəsmilərinin onun vəzifəyə gəlişindən dərhal sonra hərbi təlimlər keçirdiyini bildirib.

Çinin dövlət xəbər agentliyi xəbər verir ki, yeni direktivə görə, Çin məhkəmələri, prokurorları və təhlükəsizlik agentlikləri tayvanlı separatçıları ayrılmaya təhrik etdiklərinə görə sərt şəkildə cəzalandırmalı, eyni zamanda milli suverenliyi, birliyi və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməlidirlər.

Tayvanın Milli İşlər Şurası bu gün Pekinin bu addımını pisləyib və ictimaiyyəti Çinin təhdidlərindən qorxmamağa çağırıb.

Şuranın bəyanatında deyilir:

"Çin hakimiyyətinin Tayvan üzərində qətiyyən heç bir yurisdiksiyası yoxdur və Çin kommunistlərinin qondarma qanun və normalarının vətəndaşlarımız üçün məcburi qüvvəsi yoxdur".

Ləman İsmayıl
"Cebhe.info"