Ekoloq alim həyəcan təbili çalır: “Bu çayın suyu insanlarda mədə xərçəngi yaradır” – VİDEO

Ekoloq alim həyəcan təbili çalır: “Bu çayın suyu insanlarda mədə xərçəngi yaradır” – VİDEO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Ermənistanın ekoloji terroru” layihəsinin davam edir.

Layihə çərçivəsində Cebhe.TV internet televiziyasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, Radiasiya Problemləri İnstitutunun əməkdaşı, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənovun iştirakı ilə “İşğal dönəmində ekoloji çirklənməyə məruz qalmış çaylarımız” adlı videomüsahibə hazırlanıb.

Videomüsahibədə qeyd olunub ki, işğal bitsə də, Ermənistanın Azərbaycana qarşı ekoloji terroru davam edir.

“Ermənistanın dağ çayları Azərbaycanın ekosisteminə ciddi təhlükədir. Ermənistanın dağ-mədən sənayesindən axıdılan tullantı suları Oxçuçayı və Araz çayını çirkləndirir. Məhz Oxçuçayın tərkibində olan ağır metallar və digər kimyəvi maddələr artıq qrunt və yeraltı sulara da keçib. Çayın şiddətli çirkləndirilməsinin isə yerli əhaliyə, Araz, Kür və Xəzər dənizinin bioresursları və ekosisteminə ciddi təhdid yaratdığı məlum olub”, - deyə Sadiq Həsənov bildirib.

Onun sözlərinə görə, bir müddət öncə Oxçuçayda monitorinq aparılıb və məlum olub ki, çayda çirklənmə normadan 5-7 dəfə çoxdur: 

“Oxçuçayda durum ürəkaçan deyil. 2020-ci ilin dekabrından çaydan analizlər götürülür. Çaydan 158 su, 180 dib çöküntüsü nümunəsi götürülüb. Bu nümunələrdə aparılan təhlillər göstərib ki, çirkləndiricilər normadan yüksəkdir. Təhlillərə görə, mis, qurğuşun, dəmir və digər kimyəvi elementlər normadan dəfələrlə yüksəkdir. Mikrobioloj təhlillərə görə də çay suyu çirkli hesab olunur. Bəsitçayda, Bərgüşad və Araz çaylarında da nəticələr yol verilən qatılıq çox yüksəkdir".

Ekoloq alim bildirib ki, Oxçuçayda keçirilən növbəti monitorinq zamanı 500-dən çox farel və digər balıqların öldüyü aşkar edilib.

“Çaydan götürülmüş su nümunələrində mis, molibden, manqan, dəmir, sink, xrom və s. kimi ağır metalların miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən olunub”, - deyə o qeyd edib.

O bildirib ki, Ermənistanın dağ-mədən sənayesinin çirkləndirdiyi çaylarda yaşayan flora və fauna, habelə Araz çayı keçən bütün ölkələrin əhalisinin sağlamlığı təhlükə altındadır:

“İranın elmi tədqiqat müəsissələrinin araşdırmalarına görə, Ərdəbil bölgəsində digər əyalətlərə nisbətən xərçəng xəstəlikləri daha çox yayılıb. Mədə xərçəngi isə çox geniş yayılıb. Başqa bölgələrdə 1000 nəfər 5 xərçəng xəstəsi düşürsə, bu bölgədə 1000 -ə 45-50 nəfər düşür.

Ermənistanın özündə bu çaylardan işməli su götürülməsi qadağan olunub. Erməni vətəndaş cəmiyyətinin üzvləri, media bununla bağlı məlumatlar yayıb. Lakin o mədənləri istismar edən şirkətlər bu etirazları qulaqardına vurur. Arazı çirkləndirən əsas mənbələrdən biri də Metsamor Atom Elektrik Stansiyasıdır”, - deyə ekoloq bildirib.

"Cebhe.info"