Bakının mərkəzində binanın bir hissəsi uçdu

Bakının mərkəzində binanın bir hissəsi uçdu

Bakının Yasamal rayonu, Mirzəağa Əliyev, 150 ünvanında yerləşən binanın bir hissəsi iyunun 21-də uçub.

Oxu.Az-ın məlumatına görə, xoşbəxtlikdən, xəsarət alan olmayıb.

Xatırladaq ki, 1889-cu ildə inşa olunan tarixi üçmərtəbəli bina tikildiyi gündən bəri təmir olunmayıb.

1989-cu ildən qəzalı binalar siyahısında olan tikili 43 mənzillidir.

Son illərdə orada təxminən doqquz ailə yaşayıb.

PhotoStock.az-ın ərazidən çəkdiyi fotoları təqdim edirik:

"Cebhe.info"