İspaniyada turistlərə kirayə ev vermək qadağan edilir

İspaniyada turistlərə kirayə ev vermək qadağan edilir

İspaniyada turistlərə kirayə ev vermək qadağan edilir

İspaniyanın Barselona şəhərinin meri Jaume Kolboni şəhərdə 2028-ci ilə qədər turistlərə mənzillərin kirayə verilməsinin qadağan ediləcəyini açıqlayıb.

"Cebhe.info" xəbər verit ki, Kolboni qərara uyğun olaraq Barselonada kirayə üçün təsdiq edilmiş 10 min 101 evin lisenziyasının mərhələli şəkildə ləğv ediləcəyini və 2029-cu ildən etibarən şəhərdə turist mənzillərinin olmayacağını bildirib:

"Biz Barselonada yaşamaq hüququnu təmin etmək və illərdir yaşadığımız mənzil böhranı ilə effektiv mübarizə aparmaq istəyirik".

O, bu addımın artan mənzil xərclərini azaltmaq və şəhərdə yaşamaq hüququnu təmin etmək üçün atıldığını qeyd edib.

Ləman İsmayıl
"Cebhe.info"