Əhaliyə pis xəbər: Bu məhsullar bahalaşa bilər 

Əhaliyə pis xəbər: Bu məhsullar bahalaşa bilər 

Son vaxtlar regionlarda müşahidə olunan anomal hava şəraiti bağ və bostan bitkilərinin bir çoxuna ciddi ziyan vurub.

Yağan dolu və yağış nəticəsində baş verən sel əksər fındıq və qoz bağlarını su altında qoyub. Analoji fəsadlar digər meyvə və tərəvəzlərdə də müşahidə olunur. Bu isə sözügedən bitkilərin məhsuldarlığı ilə bağlı narahatlıq yaradır.

Maraqlıdır, Azərbaycanda hansı məhsullar bahalaşıb?

Məsələ ilə bağlı fikirlərini “Cebhe.info”-ya açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, yağışın yağması, eləcə də ilin quraq keçməsi kənd təsərrüfatında məhsuldarlığa birbaşa təsir göstərir:

"Çünki qeyri-sabit hava şəraiti davam edəndə məhsulun yığımı gecikir və bazarda məhsul qıtlığı yaranır. Eyni zamanda, bəzi meyvə və tərəvəzlər var ki, onlar bir  gün qalanda xarab olur. Bu səbəbdən bazarda məhsul qiyməti arta bilər”.

Ekpsert vurğulayıb ki, Azərbaycana yağan yağış taxıl biçininə mənfi təsir göstərir:

"Taxıl yığıldığı anda yağışın yağması onun toplanmasına əngəl yaradır. Eyni zamanda, yağıntılı havanın davam etməsi taxıl sahəsində alaq otlarının artmasına səbəb olur ki, bu da məhsuldarlığa çox ciddi ziyan vurmuş olur".

O bildirib ki, qeyri-stabil hava şəraiti nəqədər davam edəcəksə, bir o qədər də məhsuldarlığa ciddi ziyan vurmuş olacaq:

"Bazarlarda və yarmarkalarda meyvələrin qiyməti əvvəlki illərlə müqayisədə olduğca bahadır. Üstəlik yağıntılı hava şəraitinin olması birbaşa məhsulun toplanmasına əngəl olduğu üçün bazarda meyvə və tərəvəzin qiymətində artım gözlənilə bilər".

Həsən Məmmədov
"Cebhe.info"