Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib

Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri PKK-nın 9 terrorçusunu zərərsizləşdirib.

"Cebhe.info" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Türkiyə ordusu terror təşkilatı PKK-ya qarşı əməliyyatları qətiyyətlə davam etdirir.

“Türkiyənin Ağrı, Mardin və Şırnak bölgələrində PKK terror qruplaşmasına qarşı keçirilən “Bozdoğan” aniterror əməliyyatı nəticəsində biri qırmızı, ikisi narıncı və ikisi boz bülleten olmaqla doqquz terrorçu zərərsizləşdirilib. Əməliyyatlarımız son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək", - paylaşımda qeyd olunub.

Əhməd

"Cebhe.info"