Ayətullah Xameneyi namizədlərə sərt xəbərdarlıq etdi

Ayətullah Xameneyi namizədlərə sərt xəbərdarlıq etdi

"Cənab namizədlər debatlarda düşməni sevindirəcək bəyanatlar verməkdən çəkinməlidirlər".

Bunu İranIın Ali dini lideri Ayətullah Əli Xameneyi deyib.

O bu xəbərdarlığı məhkəmə sistemi rəsmiləri ilə görüşündə dilə gətirib: 

"Yaxşı televiziya proqramları hazırlanır və bu, insanları müxtəlif namizədlərin rəyləri ilə tanış edir. Məsləhətim odur ki, namizədlərin televiziyada birgə apardıqları bu müzakirələr və ya qrup halında, ya da ayrı-ayrılıqda verdikləri açıqlamalar rəqibinə qalib gəlməsi üçün düşməni sevindirəcək söz deməsinə səbəb olmasın.

Düşmən sözləri deməyin. Bu, mühüm məqamdır. Bəzən ölkəni, milləti, İslam Respublikası sistemini düşmən edən sözlər ortaya çıxa bilər, bu, caiz deyil. Deyilən sözlər ölkə düşmənini, millət düşmənini, sistem düşmənini sevindirməməlidir".

"Cebhe.info"