"Azərişıq"ın sayğac gizlinləri: Çox pul yazır?

"Azərişıq"ın sayğac gizlinləri: Çox pul yazır?

Bakının "Yeni Yasamal-2" yaşayış massivinin sakinləri "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin xəbərdarlıqsız formada sayğacları dəyişdirməsindən şikayətçidir.

Bu barədə "Cebhe.info"-ya yerli sakinlər məlumat verib.

Sakinin sözlərinə görə, qurum məlumat vermədən mexaniki sayğacları söküb, smart-kartla işləyən sayğaclar quraşdırıb:

"Sayğac isə pulu su kimi içir. Əgər mexaniki sayğacdan istifadə edərkən bir ayda 8-9 manat enerji borcu ödəyirdimsə, smart sayğacların quraşdırıldığı bir ay deyil, 25 manat ödəmişəm, yenə çatmır. Bu azmış kimi hər yüklənən məbləğin 2 manatı avtomatik silinir. Yəni yüklənən məbləğin 2 manatını istifadə etmək olmaz. Həmin məbləğdən istifadə abunəçinin özünə  borc kimi yazılır. "Azərişıq" öz pulumuzdan sanki faiz tutur və 2 manatı borc kimi ayağımıza yazır. Qalan vəsait isə qısa müddətdə qurtarır. Yükləyirsən, üstündən 4-5 gün keçməmiş eyni vəziyyət təkrar olunur".

Elə sakinlər də var ki, mexaniki sayğacla bir ayda 15 manat ödəyirdisə, indi xərci 30-35 manata çatıb.

"Azərişıq" ASC-dən sorğumuza cavab olaraq bildirilib ki, məsələ araşdırılacaq.

Naibə
"Cebhe.info"