Rusiya ordusu Donetskdə irəliləyir

Rusiya ordusu Donetskdə irəliləyir

Rusiya ordusu Donetskdə Toretsk istiqamətində Şumı qəsəbəsinə nəzarəti ələ keçirib.

"Cebhe.info" xəbər verir ki, bu barədə Ukraynanın "Deep State" xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, son günlərdə Toretsk ətrafındakı Severnoye qəsəbəsi də olduqca qaynar nöqtəyə çevrilib.

Məlumatda Ukrayna ordusunun uğursuzluğunun dəqiq səbəbinin hələlik bilinmədiyi və Rusiya ordusunun dəmir yoluna paralel olan küçə boyunca irəlilədikləri bildirilib.

Qeyd olunub ki, Rusiya qüvvələri Şumı ilə yanaşı, nasos stansiyasını və tullantı sahəsinidə ələ keçirib.

Ekspertlərin proqnozuna görə, Rusiya ordusu bu rayona əlavə ehtiyatlar cəlb edəcək, çünki onların məqsədi Toretski tutmaqdır.

Həsən Məmmədov 
"Cebhe.info"